2014-cü ildən bəri 500 mindən çox NATO əsgəri yüksək hazırlıq vəziyyətinə gətirilib.
YeniAvropa xəbər verir ki, bunu Şimali Atlantika Alyansının rəsmi nümayəndəsi Farah Dakhlalla deyib.
"Biz soyuq müharibədən bəri ən əhatəli müdafiə planlarını həyata keçirmişik, hazırda 500 mindən çox əsgər yüksək hazırlıq vəziyyətindədir", - deyə alyansın rəsmisi qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Polşa prezidenti Anjey Duda NATO-nun hərbi münaqişəyə hazırlaşdığını bildirib.