logo

İspaniya millisi dördüncü dəfə Avropa çempionu olub

09:09 15-07-2024 | icon 980
İspaniya millisi dördüncü dəfə Avropa çempionu olub

Almaniyada keçirilən Avropa çempionatının finalında üz-üzə gələn İspaniya və İngiltərə yığmaları arasındakı oyun 2:1 hesabı ilə yekunlaşıb.

YeniAvropa xəbər verir ki, ispaniyanın heyətində İnaki Vilyams və Mikel Oyarzabal fərqləniblər. İngiltərə seçməsinin yeganə qolunu isə Kold Palmer vurub.

Bununla da ispanlar tarixdə dördüncü dəfə Avropa çempionu olublar.

Görüşü fransalı hakim Fransua Leteksye idarə edib.