Ermənistanda mülki şəxslər hərbi hissəyə hücum ediblər.
YeniAvropa xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, hadisə Müdafiə Nazirliyinin Sisiandakı hərbi hissələrindən birində baş verib. Keçid məntəqəsində mülki şəxslər hərbçilərlə münaqişəyə girərək onları vurub və qaz tapançasından havaya atəş açıblar.
İstintaq Komitəsi üç nəfərin həbs edildiyini açıqlayıb. Məlumat verilib ki, üç yerli sakin Ermənistan Cinayət Məcəlləsinə görə ittiham olunaraq həbs edilib.