logo

EURO-2024: Bu gün ilk finalçı məlum olacaq

10:10 09-07-2024 | icon 1862
EURO-2024: Bu gün ilk finalçı məlum olacaq

Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında bu gün yarımfinal mərhələsinin ilk oyunu keçiriləcək.

YeniAvropa xəbər verir ki,  1/2 finalda İspaniya və Fransa yığmaları üz-üzə gələcək. Münhen şəhərində yerləşən “Alyants Arena”da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Görüşü sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyunu iyulun 10-da Niderland və İngiltərə yığmaları arasında olacaq. Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.