logo

Azərbaycanda apreldə gündəlik neft hasilatı 596 min barel olub

11:11 16-05-2024 | icon 1911
Azərbaycanda apreldə gündəlik neft hasilatı 596 min barel olub

Cari ilin aprel ayında respublikada gündəlik neft (kondensatla birlikdə) hasilatı 596 min barel olub.

Energetika Nazirliyindən YeniAvropa-ya bildirilib ki, bunun 476 min barelini xam neft, 120 min barelini kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, bu il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.