logo

Bakıda “Fintex Sammit 2024” işə başlayıb

10:50 15-05-2024 | icon 980
Bakıda “Fintex Sammit 2024” işə başlayıb

Bakıda “Fintex Sammit 2024” (Maliyyə və Texnologiyalar Expo) sammiti keçirilir.

YeniAvropa xəbər verir ki, sammit “Bank və maliyyə ekosistemində yeni trendlər: İnnovativ həllər, Finteks və təhlükəsizlik” mövzusunu əhatə edir.

Sammit maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosisteminə dair fikir və təcrübə mübadiləsi üçün platforma olmaq məqsədi daşıyır. “Fintex Sammit” Azərbaycandakı bütün bank rəhbərlərinin iştirak etdiyi yeganə maliyyə-bank tədbiridir.

Qeyd edək ki, bu ilin oktyabrında Türkiyədə “Fintex Sammit Istanbul”, dekabrın 3-4-də Bakıda Beynəlxalq Bankçılıq Forumu təşkil olunacaq.