Xəbər verdiyimiz kimi ,ötən axşam İsveçin Malmö şəhərində 68-ci “Eurovision-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.
Yarımfinalda 15 ölkə təmsilçiləri ifalarını təqdim ediblər.
YeniAvropa xəbər verir ki, "Özünlə apar" mahnısı ilə müsabiqəyə qatılan Azərbaycan təmsilçiləri Fahree və İlkin Dövlətov mübarizəni yarımfinalda dayandırıblar.
Finala keçənlər isə Serbiya, Portuqaliya, Sloveniya, Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya və Lüksemburq təmsilçiləri olub.
Qeyd edək ki, ikinci yarımfinal mayın 9-da keçiriləcək.
“Eurovision-2024”ün finalı isə mayın 11-də baş tutacaq.