UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.
YeniAvropa xəbər verir ki, yeganə qarşılaşmada Fransa "PSJ"si doğma meydanda Almaniya təmsilçisi "Borrusiya Dortmund"la üz-üzə gəlib. İlk görüşdə olduğu kimi, bu matçda da dortmundlular 1:0 hesabı ilə qalib gəliblər.
Yeganə qolu 50-ci dəqiqədə Mats Hummels vurub.
Bununla da Almaniya nəhəngi adını finala yazdırıb.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər matçı bu gün İspaniyada "Real Madrid" və Almaniyanın "Bavariya" komandaları arasında baş tutacaq.