Avqust ayında Həştərxanda Xəzər Media Forumu keçiriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə Həştərxan vilayətinin mədəniyyət naziri Olqa Prokofyeva Tatarıstan Respublikasında keçirilən “Rusiya – İslam dünyası: KazanForum” mövzusundakı forumda bildirib.
O dəqiqləşdirib ki, Forumun davamı “Xəzər mövsümləri” mədəniyyət festivalı olacaq. Festival çərçivəsində tərkibində Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistandan musiqiçilər olan Xəzəryanı dövlətlərin birləşdirilmiş simfonik orkestri çıxış edəcək.
“Dostluq ənənələrini gənc nəslə də aşılayırıq. Bu gün regionda Xəzəryanı dövlətlərin orkestrinin tərəfdarı olan “Gənclər simfonik orkestri” realizə olunur. Kollektivin iştirakçıları Rusiyanın cənub regionlarından olan musiqiçilərdir, Xəzəryanı bölgənin musiqiçiləri onlarla çalışır. 2025-ci ildə layihədə iştirak etmək üçün Xəzəryanı ölkələrdən istedadlı gənclər dəvət olunacaq”, – deyə nazir sözlərinə əlavə edib.