Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti mayın 15-də İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfər edib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, səfər çərçivəsində Sahibə Qafarova Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-ci iclasında iştirak edəcək, Qadın Parlament Sədrlərinin Sammitinə hazırlıq məqsədilə qadın parlament sədrləri ilə görüşəcək.
Azərbaycan nümayəndə heyətinə deputatlar Elnur Allahverdiyev, Soltan Məmmədov və digər rəsmi şəxslər daxildir.