Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində itkin düşmüş şəxslər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, polis əməkdaşlarının daxil olan müraciətlər əsasında keçirdikləri tədbirlərlə martın 31-də Xəzər rayonu ərazisində itkin düşmüş 2001-ci il, mayın 2-də Sumqayıt şəhəri ərazisində itkin düşmüş 1991-ci il, övladları 2012-ci və 2013-cü il təvəllüdlü, mayın 14-də Xətai rayonu ərazisində itkin düşmüş 2006-cı il və qızı 2024-cü il, mayın 16-da isə Sabunçu rayonu ərazisində itkin düşmüş 2004-cü il təvəllüdlü şəxslər tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.