logo

AZAL Bakı-Dubay aviareysinə xüsusi təkliflər edir

09:49 07-05-2024 | icon 1400
AZAL Bakı-Dubay aviareysinə xüsusi təkliflər edir

Azərbaycanın milli aviadaşıyıcısı AZAL 7–23 may tarixlərində Bakı və Dubay arasında olan uçuşlara xüsusi təklif təqdim edir.

AZAL-dan YeniAvropa-ya bildirilib ki, təklif yüksək tələbat dövrü istisna olmaqla aviaşirkətin 3 iyun–5 sentyabr tarixlərində həyata keçirəcəyi reyslərinə şamil olunur.

Bakıdan Dubaya aviabiletlərin qiyməti

Bir tərəfə:

* Gecə reysləri – 88 avrodan

* Səhər reysləri – 108 avrodan

Gediş-dönüş:

* Gecə reysləri – 168 avrodan

* Səhər reysləri – 208 avrodan

Dubaydan Bakıya aviabiletlərin qiyməti

Bir tərəfə:

* Gecə reysləri – 348 dirhəmdən

* Səhər reysləri – 428 dirhəmdən

Gediş-dönüş:

* Gecə reysləri – 666 dirhəmdən

* Səhər reysləri – 828 dirhəmdən

Qeyd edək ki, biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kiloqrama qədər əl yükünün daşınmasına icazə verilir.

Təklifdən yararlanaraq xüsusi qiymətlərlə Dubaya bilet almaq və macəra dolu yay tətili keçirmək fürsətini qaçırmayın!

Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytından və yenilənmiş mobil tətbiqindən əldə etmək mümkündür.