logo

Paytaxtda “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb

12:12 06-05-2024 | icon 1253
Paytaxtda “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb

Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, şöbəyə Bərdə rayon sakini 1964-cu il təvəllüdlü Teyyub Nuruşovun odlu silah gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs saxlanılıb və üzərinə baxış zamanı bir “Makarov” markalı tapança, 8 patron və bir sandıqça aşkarlanaraq götürülüb. T.Nuruşov odlu silah-sursatı bir neçə ay bundan əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədilə özündə saxladığını bildirib.

Faktla bağlı 4-cü polis şöbəsində toplanan materiallar rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.