logo

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kuboku davam edir

10:50 04-05-2024 | icon 2786
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kuboku davam edir

Bakıda ilk dəfə keçirilən bədii gimnastika üzrə Avropa Kuboku davam edir.

YeniAvropa xəbər verir ki, turnirin ikinci günündə ilk qaliblər müəyyənləşəcək.

Öncə qrup hərəkətləri proqramında komandalar üç lent və iki top, həmçinin beş halqa ilə bacarıqlarını nümayiş etdirəcəklər. Bu proqramda Azərbaycanı Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Darya Sorokina, Yelizaveta Luzan, Ləman Əlimuradova və Kamilla Əliyevadan ibarət kollektiv təmsil edir.

Daha sonra ilk dəfə olaraq ulduz idmançılar çarpaz qarşılaşmada mübarizə aparacaqlar.

Böyüklər arasında çoxnövçülük üzrə baş tutan təsnifat yarışlarının nəticələrinə əsasən, çarpaz qarşılaşmada yarışacaq 16 böyük fərdi gimnast müəyyənləşib.

1/8 final mərhələsində onlardan 8-i top, qalan 8-i isə halqa proqramı üzrə qüvvəsini sınayacaq. Qaliblər öz növbəsində 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. Halqa proqramı üzrə çıxışda Raffaeli Sofiya (İtaliya) Xutsişvili Anna (Gürcüstan), Zöhrə Ağamirova (Azərbaycan) Kristina Draqan (Rumıniya), Daria Atamanov (İsrail) Kiroy Boqatireva Aleksandra (Avstraliya), Vera Tuqolukova (Kipr) Kristina Poqraniçna (Ukrayna) ilə üz-üzə gələcək.

Topla çıxışda isə Yekaterina Vedeneva (Slovaniya) Litra Panagiotanı (Yunanıstan), Kamilla Seyidzadə (Azərbaycan) Stiliana Nikolovanı (Bolqarıstan), Daniyela Myunits (İsrail) Baldasari Milenanı (İtaliya), Boryana Kaleyn (Bolqarıstan) isə Andrea Verdesi (Rumıniya) sınağa çəkəcək.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil edilən Avropa Kubokunda 37 ölkəni təmsil edən 160 idmançı iştirak edir. Turnirə mayın 5-də yekun vurulacaq.