Yasamal rayonu, Dadaş Bünyadzadə və Əsəd Əhmədov küçələrində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
“Azəriqaz” İstehsalat Birliyindən YeniAvropa-ya bildirilib ki, təmir-quraşdırma işləri görülən müddətdə Dadaş Bünyadzadə və Əsəd Əhmədov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.