logo

Neftçilər prospektində  avtomobillərin hərəkəti məhdudlaşdırılıb

10:10 02-05-2024 | icon 931
Neftçilər prospektində  avtomobillərin hərəkəti məhdudlaşdırılıb

Bu gün səhər saatlarında paytaxtın Neftçilər prospekti istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.

YeniAvropa xəbər verir ki, bu barədə  Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Məlumatda bildirilib ki, Səbail rayonu, Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinin kəsişməsində  su xəttində yaranmış problem buna səbəb olub.