Mayın 1-i saat 08:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisinin bəzi yerlərində şimal-qərb küləyi əsir.
Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya bildirilib ki,hazırda Bakıda və Abşeron yarımadasında küləyinin sürəti 20 metr/saniyə, Culfa, Naftalanda 18 metr/saniyədir. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2 metrdir.
Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin mayın 01-i gündüz tədricən mülayimləşəcəyi, gecəyə doğru yenidən güclənəcəyi və mayın 3-ü gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.