Aprelin 29-30-da Naxçıvan şəhərində Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək.
YeniAvropa xəbər verir ki, proqramda Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 50-yə yaxın QHT təmsilçisi iştirak edəcək. İki gün ərzində davam edəcək təlimlərdə “Layihələrin məqsəd və vəzifələrinin müəyyən edilməsi”, “Layihə tərəfdaşlarının, hədəf qrupları və benefisiarlarının təyin edilməsi və onların gözləntiləri”, “Layihənin icra planının hazırlanması” və digər mövzularda QHT-lərin bilik və bacarıqları artırılacaq, praktiki qrup işləri təşkil olunacaq.
Təlimləri layihələrin tərtibi üzrə beynəlxalq dərəcəli ekspert aparacaq. Yekunda uğurlu nəticə göstərən QHT-lərə agentliyin sertifikatları təqdim olunacaq.
Xatırladaq ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2022-ci ildə Mingəçevirdə, 2023-cü ildə Naftalan və Bakı şəhərlərində QHT-lərin İnkişaf və Mübadilə Proqramlarını icra edib, bu proqramlarda indiyədək 300-dən çox QHT iştirak edib.