logo

Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro yardım ayırıb

09:09 25-04-2024 | icon 1778
Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro yardım ayırıb

Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro məbləğində daha bir tranş ayırıb.

YeniAvropa xəbər verir ki,bu barədə Avropa Komissiyasının mətbuat xidməti  Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenə istinadla məlumat yayıb. 

“Ukrayna hamımızın çiynində ağır yük daşıyır. Bu gün öhdəmizə götürdüyümüz əlavə 1,5 milyard avro Ukraynanın işğalçıya qarşı mübarizə apararkən hökumət hakimiyyətini və əhali üçün əsas xidmətləri saxlamağa davam etməsini təmin edəcək”, - deyə xanım Lyayen bildirib.

O, əlavə edib ki, Aİ Ukrayna hakimiyyəti ilə yaxından işləyəcək və Aİ Şurası tərəfindən tezliklə razılaşdırılacaq Ukrayna planının həyata keçirilməsini təmin edəcək.

Qeyd edək ki, 2024-cü ilin əvvəlində Avropa İttifaqı Ukraynaya genişmiqyaslı maliyyə köməyini təqdim etmək qərarına gəlib. Aİ ölkələri liderləri fevralın 1-də keçirilən xüsusi sammitdə Ukraynaya 2027-ci ilə qədər təqdim ediləcək 50 milyard avro məbləğində yardım paketini təsdiq ediblər.