FIFA futbolda inqilabi dəyişiklik etməyə hazırlaşır.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, ali futbol qurumu milli çempionatlarda bəzi oyunların ölkə xaricində keçirilməsinə icazə verən qərar qəbul etmək istəyir.
Mümkün yeniliyə əsasən, klublar prinsipial matçları qarşılıqlı razılıq əsasında başqa ölkələrdə oynaya biləcəklər.
Qeyd edək ki, bu yaxınlarda İspaniya La Liqasının bəzi oyunlarının ABŞ-da keçirilə biləcəyi ilə bağlı iddialar səsləndirilib.