logo

Avropa Komissiyası Gürcüstana xəbərdarlıq etdi

20:43 02-05-2024 | icon 2191
Avropa Komissiyası Gürcüstana xəbərdarlıq etdi

“Xarici agentlər” haqqında qanun layihəsi qəbuledilməzdir və Gürcüstanın qarşısında Avropa İttifaqına üzvlük üçün maneə olacaq, lakin vəziyyəti dəyişmək üçün hələ vaxt var.

YeniAvropa xəbər verir ki, bunu Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Gert Yan Kupman Tbilisidə Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə görüşündə deyib.

“Qanunvericilikdə narahatedici dəyişikliklər var, bu formada ikinci oxunuşda qəbul edilən şəffaflıq qanunu qəbuledilməzdir və Aİ-yə daxil olmaq üçün ciddi maneələr yaradacaq”, - deyə Kupman bildirib.

AK rəsmisi qeyd edib ki, geri addım atmaq üçün hələ vaxt var: "Tövsiyələrimizi sentyabrda yekunlaşdırıb, oktyabr və noyabrda hesabatımızı təqdim edəcəyik. Ona görə də hələ vaxt var. Amma qərar hökümətindir".