logo

Xankəndi şəhər prokurorluğu yaradılır

14:14 04-05-2024 | icon 2639
Xankəndi şəhər prokurorluğu yaradılır

Prezident İlham Əliyev  mayın 4-də Xankəndi şəhər prokurorluğunun yaradılması haqqında sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinə Xankəndi şəhər prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digər maddi-texniki təminatı məsələlərinin həlli üçün zəruri tədbirlərin görülməsi tapşırılıb.

Nazirlər Kabineti, eyni zamanda, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.