logo

Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb

20:20 24-04-2024 | icon 1799
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb

ABŞ prezidenti Cozef Bayden Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb.

YeniAvropa xəbər verir ki,  imzalanmadan sonra mətbuata açıqlama ilə çıxış edən C.Bayden bildirib ki, bu qanun öz suverenliklərinə qarşı təhdidlərin qarşısını almaq istəyən tərəfdaşlara ABŞ-ın vacib dəstəyidir.

Qeyd edək ki, 4 qanundan ibarət layihə ötən gün Senatda iki partiyanın dəstəyi ilə səsvermədən keçmişdi.

Paketə İsrailə və Qəzzaya humanitar yardım üçün 26 milyard dollar, Ukraynaya hərbi yardım üçün 61 milyard dollar və Tayvan və Hind-Sakit okeanı müttəfiqləri üçün 8 milyard dollar yardım daxildir. 4-cü qanun isə ABŞ-da “Tiktok”un qadağan olunmasını, Rusiyaya, Çinə və İrana qarşı sanksiyaları və Ukraynanın müharibədən sonrakı bərpasına kömək etmək üçün Rusiya aktivlərinin müsadirə olunmasını nəzərdə tutur.