logo

Xankəndidə silah-sursat aşkarlanıb

10:20 24-04-2024 | icon 917
Xankəndidə silah-sursat aşkarlanıb

Aprelin 23-də polis əməkdaşları Xankəndi şəhərində əməliyyat aparıblar.

YeniAvropa xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Əməliyyat nəticəsində ərazidən 5 müxtəlif markalı avtomat silahı, 2 tapança, 2 tüfəng, 1 qumbaraatan, 4 qumbara, 19 patron darağı, 3 mərmi, 1410 müxtəlif çaplı patron, 3 süngü-bıçaq və digər sursatlar aşkarlanaraq götürülüb.