logo

Yevlaxda uşaq bağçasındakı qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

12:52 23-04-2024 | icon 1680
Yevlaxda uşaq bağçasındakı qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Yevlax rayonunun Qaraməmmədli kənd körpələr evi və uşaq bağçasında baş verən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Rayon prokurorluğundan YeniAvropa-ya verilən məlumata görə, araşdırma zamanı 2020-2024-cü illərdə bağçanın maddi bazası imkan vermədiyi halda əlavə qrup təşkil olunmaqla qanunla nəzərdə tutulmayan vəzifələrdə çalışan işçilərə əməkhaqqı ödənilməsi, ərzaq məhsullarının əsassız olaraq məxaricə silinməsi və digər qanunsuz yollarla xeyli miqdarda dövlət əmlakının mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3-cü və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.