Aprelin 23-də Gəncə seysmoloji stansiyasından 17 kilometr şərqdə - Goranboy rayonunda zəlzələ qeydə alınıb.
YeniAvropa Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosuna istinadla xəbər verir ki, yerli vaxtla saat 04:27-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.1-ə bərabər olub.
Ocağı 13 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.