logo

Azərbaycan Naşirlərinin I Forumu keçiriləcək

16:16 22-04-2024 | icon 497
Azərbaycan Naşirlərinin I Forumu keçiriləcək

Aprelin 26-da Azərbaycan Naşirlərinin I Forumu keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə  Azərbaycan Nəşriyyatları Assosiasiyasıdan  (ANAİB) bildirilib.

Qeyd edilib ki,AMEA-da təşkil ediləcək forum ANAİB, Mədəniyyət Nazirliyi və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə keçiriləcək.

Forumun açılış mərasimində ANAİB-in İdarə Heyətinin sədri Şəmil Sadiq, Türkiyə Mətbəə və Nəşriyyatlar Birliyinin rəhbəri Mustafa Karagüllüoğlu, eləcə də ölkənin mədəni ictimaiyyətinin tanınmış simaları çıxış edəcəklər.

Forumda nəşriyyat məhsulları və strategiyalarının sərgisindən, nəşriyyat problemlərinə kompleks yanaşma təmin edən panellər təşkil olunacaq.

5 paneldə ümumilikdə 15 spikerin çıxışı nəzərdə tutulan, xarici mütəxəssislərin də cəlb olunacağı layihə yerli nəşriyyat sektorunun real problemlərinə işıq tutmaq, eləcə də beynəlxalq təcrübədən yararlanmaq məqsədi daşıyır.

Azərbaycan Naşirlərinin I Forumu çərçivəsində “Oxu Günü-10” sərgi-festivalı da keçiriləcək.