Xankəndi şəhərində silah-sursat aşkarlanıb.
Bu barədə YeniAvropa-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində aprelin 20-də və 21-də Xankəndi şəhəri ərazisindən müxtəlif markalı 13 avtomat silahı, 23 qumbara, 2 qumbaraatan, 11 alışdırıcı, 68 patron darağı, müxtəlif çaplı 2 min 780 patron, 7 süngü-bıçaq və digər sursatlar aşkarlanaraq götürülüb.