Aprelin 22-də Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol” mövzusundakı konfrans öz işinə başlayıb.
YeniAvropa xəbər verir ki, konfransın bölmə iclaslarında “Qlobal və Regional Dinamika: Azərbaycan və Çindən baxış”, “Kəmər və Yol” təşəbbüsü ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu arasında potensial sinerji”, “Azərbaycan və Çin arasında qarşılıqlı fayda naminə əməkdaşlıq: iqtisadi, mədəni və insanlar arasında mübadilələr” mövzusunda məruzələr dinləniləcək.