logo

Ötən gün Bakıda 27-31° isti olub

09:29 22-04-2024 | icon 448
Ötən gün Bakıda 27-31° isti olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin aprelin 22-si saat 8:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisinin bəzi yerlərində arabir güclənən şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında saniyədə 23, Naftalanda 24, Goranboyda 23, Mingəçevirdə 20, Tərtərdə 18, Gəncədə 16 metrə çatır.

Xidmətdən YeniAvropa-ya bildirilib ki, havanın maksimal temperaturu aprelin 21-də Bakıda və Abşeron yarımadasında 27-31, Naxçıvan Muxtar Respublikasında 28, Aran rayonlarında 30-32, dağlıq rayonlarda 20-25 dərəcə isti olub.

Bəzi dağlıq və dağətəyi rayonlarda - Şahdağ, Qrız, Daşkəsən, Gədəbəy, Göygöl, Lerikdə şimşək çaxıb, arabir yağış yağıb.