logo

Füzuli şəhərinə daha 39 ailə köçürülüb

09:01 22-04-2024 | icon 637
Füzuli şəhərinə daha 39 ailə köçürülüb

Bu gün Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

YeniAvropa xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 172 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 705 ailənin, yəni 2689 nəfərin daimi məskunlaşması təmin edilib.