logo

Bakıda ümumşəhər iməciliyi  keçiriləcək

11:33 18-04-2024 | icon 896
Bakıda ümumşəhər iməciliyi  keçiriləcək

Yaz mövsümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, aprel ayının 20-də paytaxtda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhər İcra Hakimiyyəti bununla bağlı müraciətində paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkarları və özəl sektorda çalışanları bu iməcilikdə fəal iştirak etməyə çağırır.

Bununla da hər kəs paytaxt Bakının daha da gözəlləşməsinə öz töhfəsini vermiş olacaq.