logo

Paytaxtın əsas küçəsi sabahdan 3 günlük təmrə bağlanacaq

11:11 18-04-2024 | icon 1848
Paytaxtın əsas küçəsi sabahdan 3 günlük təmrə bağlanacaq

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı dairəvi avtomobil yoluna çıxış hissəsində (estekadadan YDM-dək) aparılacaq təmir işləri ilə əlaqədar 19 aprel saat 08:00-dan 21 aprel saat 22:00-dək avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Sürücülərdən qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.