Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli bu gün səhər saatlarında 76 yaşında ürəktutmasından vəfat edib.
YeniAvropa xəbər verir ki, sabiq deputatın vida mərasimi Təzəpir məscidində təşkil olunub.
Mərasimdə mərhumun ailə üzvləri, Milli Məclisin deputatları və digər şəxslər iştirak edirlər.
Vida başa çatandan sonra mərhum II Fəxri xiyabanda dəfn olunacaq.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi(TƏBİB) sabiq deputatın ölümü ilə bağlı məlumat yayıb.
“Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəblinin səhhətinin pisləşməsi ilə əlaqədar aprelin 17-də saat 06:38 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. Hadi Rəcəblinin həkiməqədər ölümü qeydə alınıb”,-deyə açıqlamada bildirilib.
Qeyd edək ki, H. Rəcəbli I-V çağırış Azərbaycan Milli Məclisinin deputatı (1995-2020-ci illər), Əmək və Sosial Siyasət Komitəsinin sədri olub.