logo

3 tondan çox narkotika yandırılıb

11:11 16-04-2024 | icon 1204
3 tondan çox narkotika yandırılıb

Aprelin 16-da Bakı şəhəri, Sabunçu rayonunun Zabrat-1 qəsəbəsi, Babək küçəsi 101A ünvanında yerləşən “Bakı Neft Maşınqayırma zavodu” MMC-nin inzibati ərazisində məhkəmələrin qərarları ilə müsadirə olunmuş 3 tondan çox narkotik vasitə məhv edilib.

YeniAvropa xəbər verir ki, 1 741 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 3 ton 430 kiloqram 169,392 qram və 62 700 ədəd həb (1 ton 527 kiloqram 101,231 qram heroin, 1 ton 372 kiloqram 034,257 qram marixuana, 172 kiloqram 565,992 qram tiryək, 93 kiloqram 610,043 qram həşiş, 145,697 qram kokain və 60 596 ədəd həb metadon, 372 kiloqram 265,438 qram və 2 104 ədəd psixotrop maddə), müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və 58 860 ədəd çətənə bitkisi, həmçinin 3 877 ədəd həb, 19 341 ədəd kapsul, 24 flakon, 4 ampula, 81,446 qram güclü təsir edən maddələr aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırma üsulu ilə məhv edilib.

Məhv edilən narkotik vasitələrin qara bazar qiyməti 116 milyon 815 min AZN təşkil edir.