Azərbaycanın bədii gimnastları Qırğızıstanın Bişkek şəhərində keçirilən birinci “Kelechek” beynəlxalq turnirində 7 qızıl medal qazanıblar.
Azərbaycan Gimnastika Federasiyasından YeniAvropa-ya bildiriblər ki, böyüklər arasında Zəhra Cəfərova top və çoxnövçülükdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Gənclərdən isə Şəms Müvəffəqi çoxnövçülük, halqa, top, gürzlər və lentlə hərəkətlərdə birinci yerin sahibi olub.