logo

AFFA üç klubu cərimələyib

16:16 09-04-2024 | icon 3668
AFFA üç klubu cərimələyib

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

YeniAvropa Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XXIX turunun matçlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Qarabağ” – “Səbail” oyununda qonaqların 6 futbolçusu sarı vərəqə aldığına görə “dənizçilər” 700 manat cərimə edilib.

“Neftçi” ilə oyunda 4 futbolçusu sarı vərəqə alan “Sumqayıt” isə 700 manat ziyana düşüb. Eləcə də qarşılaşma bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə paytaxt təmsilçisi 800 manat cərimələnib.