Aprelin 8-də Avropa Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndələri Ermənistana işgüzar səfərə gəlir.
YeniAvropa xəbər verir ki, bu barədə məlumatı "Sputnik Armeniya" yayılıb.
Xəbərdə bildirilib ki, nümayəndə heyətinin daha sonra Azərbaycan və Gürcüstana da səfərləri planlaşdırılıb.
Hər üç ölkənin rəsmiləri ilə baş tutuacaq görüşlərdə regional məsələlər, o cümlədən, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşma prosesi müzakirə olunacaq.