logo

Gimnastika Federasiyası yeni talismanlarına ad axtarır

15:15 06-04-2024 | icon 2065
Gimnastika Federasiyası yeni talismanlarına ad axtarır

Azərbaycan Gimnastika Federasiyası (AGF) yeni talismanlarını təqdim edib.

Federasiyadan YeniAvropa-ya verilən məlumata görə, maskotlar zərif ceyran və cəsur tülküdür.

AGF talismanlara ad seçmək məqsədilə federasiyanın sosial şəbəkələrinin izləyiciləri arasında müsabiqə elan edib.

Ceyran və tülkü üçün ən yaradıcı və uyğun adların müəllifləri dəyərli hədiyyələr qazanacaqlar.

Müsabiqədə iştirak üçün son tarix 15 apreldir.