logo

Avropa çempionu olan şahmatçımıza qızıl medal və kubok təqdim olunub

11:55 30-04-2024 | icon 1995
Avropa çempionu olan şahmatçımıza qızıl medal və kubok təqdim olunub

Yunanıstanın Rodos adasında qadın şahmatçılar arasında keçirilən Avropa çempionatının bağlanış mərasimi olub.

Azərbaycan Şahmat Federasiyasından YeniAvropa-ya bildirilib ki, qitə birinciliyinin qalibi Ülviyyə Fətəliyevaya qızıl medal və kubok təqdim olunub. Qalib şahmatçının şərəfinə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə həmçinin müxtəlif nominasiyalar üzrə ən yaxşı performans nümayiş etdirən iti zəka sahibləri təltif olunublar. Təmsilçilərimizdən Günay Məmmədzadə və Səbinə İbrahimova xüsusi mükafata layiq görülüb.