logo

Göygöldə keçiriləcək Avropa Kubokuna 400-dək cüdoçu qatılacaq

13:13 30-04-2024 | icon 1771
Göygöldə keçiriləcək Avropa Kubokuna 400-dək cüdoçu qatılacaq

Göygöldə yeniyetmələr arasında keçiriləcək Avropa Kubokunda iştirak edəcək idmançıların sayı müəyyənləşib.

Azərbaycan Cüdo Federasiyasından YeniAvropa-ya bildirilib ki, Azərbaycanın ikinci dəfə ev sahibliyi edəcəyi turnirə Fransa, Xorvatiya, Serbiya, Gürcüstan, Sloveniya, Yunanıstan, İtaliya, Özbəkistan, Qırğızıstan, Türkiyə, Ukrayna, Qazaxıstan və Lüksemburqdan ümumilikdə 400-ə yaxın cüdoçu qatılacaq. Buraya fərdi neytral idmançılar daxildir.

Azərbaycan yarışda qızlar və oğlanlar arasında 16 çəki dərəcəsində 147 cüdoçu (102 oğlan və 45 qız) ilə təmsil olunacaq.

Qeyd edək ki, Göygöl Olimpiya İdman Kompleksində təşkil olunacaq Avropa Kuboku mayın 4-5-də baş tutacaq.