Dünyanın ən yaşlı kişisi 111 yaşlı britaniyalıdır
İngiltərənin Mersisayd qraflığından Con Tinnisvud dünyanın yaşayan ən yaşlı kişisidir.
YeniAvropa xəbər verir ki, bu barədə "BBC" telekanalı məlumat yayıb.
Kötücələri olan bu kişinin aprelin 5-də 111 yaş və 223 günü tamam olub. O, uzunömürlüyük sirrini ənənəvi Britaniya yeməyi – kartofla qızardılmış balıq və gənclik illərində müntəzəm piyada gəzinti ilə izah edib. Tinnisvud indi Sautport şəhərindəki Ahıllar evində qalır. O, yaxınlarına “beyin məşqi” etməyi və bütün məsələlərdə mülayim olmağı məsləhət görür.
Dünyanın ən yaşlı adamı titulunun əvvəlki sahibi, venesuelalı Xuan Visente Peres Mora çərşənbə axşamı 114 yaşında vəfat edib.
“Liverpool” futbol klubunun azarkeşi olan Tinnisvud 26 avqust 1912-ci ildə Sautportda anadan olub. Həyat yoldaşı Blodven ilə İkinci Dünya müharibəsi zamanı tanış olub və onlar 1942-ci ildə evləniblər. Cütlüyün qızı Syuzan 1943-cü ildə anadan olub. Con və Blodven 1986-cı ildə qadının ölümünə qədər 44 il evli olublar.
Tinnisvud 1972-ci ildə təqaüdə çıxana qədər böyük şirkətlərdə - “Royal Mail”, “Shell” və BP-də çalışıb.
Con deyir ki, onun xüsusi pəhrizi yoxdur və Tinnisvud ən çox sevdiyi yeməkdən (balıq və çips) həzz almağa davam edir. O, uzunömürlülük resepti olaraq sağlamlığı qorumağı, həmçinin insanlarla ünsiyyət qurmağı, habelə “orqanizmi heç vaxt çox gücə salmamağı” tövsiyə edir.
Tinnisvud deyir: “İnsanlar çox fərqlidir. Bu fərqdən özümüz üçün istifadə etməliyik. Əks halda, uğursuz olacağıq”.
Con Tinnisvuda aprelin 4-də Ginnesin Rekordlar Kitabının sertifikatı təqdim olunub. Onun yaşayan ən yaşlı kişi olduğuna dair sənədlər Ginnesin Rekordlar Kitabının baş gerontologiya məsləhətçisi Robert Yanq və Gerontologiya Araşdırma Qrupunun üzvləri tərəfindən təqdim edilib.
Dünyanın ən yaşlı qadını isə bu yaxınlarda 117 yaşını qeyd edən ispaniyalı Mariya Branyas Morera hesab olunur.
XİN Fransanın daxili işlər nazirinin ittihamlarını rədd edib
Gğyçayda oğul atasını döyərək öldürüb
Mayın əvvəlində ilk 20 ailə Şuşaya köçürüləcək
Avropa İttifaqı Anar Məmmədlinin saxlanılmasından narahatdır
Sinoptiklərdən güclü külək, şimşək,leysan,sulu qar və sel xəbərdarlığı
40 ölkədən olan dini liderlər Bakıda və Şuşada görüşəcəklər
Sabah Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işnə başlayır
Ceyhun Bayramov qətərli həmkarı ilə görüşüb
Məhkəmə jurnalist Elnarə Qasımovanı ev dustaqlığına buraxmadı
Sabah Bakıda 26° isti olacaq
1,7 milyondan çox aksiz markasız tütün məmulatı aşkarlanıb
I Qarabağ müharibəsində dəfn edilmiş 183 meyit qalıqları ekshumasiya edilib
İsveç polisi “Eurovision”un təhlükəsizliyini dronlarla qoruyacaq
Göygöldə keçiriləcək Avropa Kubokuna 400-dək cüdoçu qatılacaq
İndiyədək 11 mindən çox itkin ailəsindən bioloji nümunə götürülüb
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 25 il ötür
Hərbi xidmətə çağırılanların tibbi müayinəsi regional xəstəxanada aparılacaq
“Qarabağ” – “Neftçi” matçının stadionu dəyişdirilib
Avropa çempionu olan şahmatçımıza qızıl medal və kubok təqdim olunub
Qazaxıstanın sabiq daxili işlər naziri həbs olunub
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək
Sabahdan Azərbaycanda balıq ovuna moratorium qüvvəyə minir
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb
İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib
Azərbaycan nefti 89,70 dollara satılır