logo

Mariya Stadnik Olimpiya lisenziyasının bir addımlığında

12:52 06-04-2024 | icon 1967
Mariya Stadnik Olimpiya lisenziyasının bir addımlığında

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirində yarımfinala yüksəlib.

YeniAvropa xəbər verir ki, 50 kiloqramda mübarizə aparan idmançı 1/4 finalda litvalı Qabija Dilyuteyə 41 saniyə ərzində tam üstünlüklə (10:0) qalib gəlib.

O, “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya üçün Yuli Marrin Sabatye (Fransa) – Oksana Livaç (Ukrayna) cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, bu gün mübarizəyə qoşulan digər qadın güləşçilərdən Elnurə Məmmədova (53 kiloqram), Birgül Soltanova (62 kiloqram) və Elis Manolova (68 kiloqram) təsnifat mərhələsində, Jalə Əliyeva (57 kiloqram) isə 1/4 finalda məğlub olaraq lisenziya qazana bilməyiblər.