Aprelin 6-da Ağdam rayonunun Sarıcalı kəndi ərazisində detonator partlayışı hadisəsi baş verib.
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Agentliyin əməkdaşı 2000-ci il təvəllüdlü Piriyev Anar Mürşüd oğlu xidməti vəzifəsini yerinə yetirərkən alüminium gövdəli kiçik ölçülü detonatorun işə düşməsi nəticəsində əl və ayaq nahiyəsindən yüngül xəsarətlər alıb.
Xəsarət alan əməkdaş müayinə olunmaq üçün rayon xəstəxanasına çatdırılıb. Həyati təhlükəsi və ciddi xəsarəti yoxdur.