Futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunlarının təyinatları açıqlanıb.
YeniAvropa Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu gün oynanılacaq “Neftçi” – “Qarabağ” matçında ədaləti Rəvan Həmzəzadə qoruyacaq.
“Zirə” – “Qəbələ” görüşünü isə İnqilab Məmmədov idarə edəcək.
Azərbaycan Kuboku, yarımfinal mərhələsi
2 aprel
20:00. “Neftçi” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Emin Cəfərov
“Neftçi Arena”
3 aprel
19:00. “Zirə” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Vüsal Məmmədov, Tural Qurbanov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Zirə İdman Kompleksinin stadionu.