logo

“Crocus City Hall”dakı terror zamanı xəsarət alanların sayı 360-a çatıb

12:32 27-03-2024 | icon 1729
“Crocus City Hall”dakı terror zamanı xəsarət alanların sayı 360-a çatıb

“Crocus City Hall” konsert zalında terror aktı nəticəsində xəsarət alanların sayı 360 nəfərə çatıb.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya Qəzalar Tibbi Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hazırda tibb müəssisələrində ümumən 83 nəfər müalicə olunur. Moskva xəstəxanalarından 34 nəfər evə buraxılıb, daha 60 nəfərin müalicəsi davam etdirilir.