logo

Hərbçilərimiz Pakistanda keçirilən hərbi paradda iştirak ediblər

14:14 23-03-2024 | icon 2142
Hərbçilərimiz Pakistanda keçirilən hərbi paradda iştirak ediblər

Martın 23-də Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində Pakistan Günü münasibətilə hərbi parad keçirilib. Paradda ölkənin siyasi və hərbi rəhbərləri, Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfirliyinin və hərbi attaşelik aparatının nümayəndələri, eləcə də digər rəsmi qonaqlar iştirak ediblər.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestr heyəti təmsil edib.