Martın 20-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığına işgüzar səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun martın 21-də Brüssel şəhərində keçiriləcək Nüvə Enerjisi Sammitində iştirakı və çıxışı, eləcə də bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.