logo

Azərbaycan-Türkiyə qardaşlığın rəmzi Çanaqqala döyüşlərindən 109 il ötür

12:12 18-03-2024 | icon 1281
Azərbaycan-Türkiyə qardaşlığın rəmzi Çanaqqala döyüşlərindən 109 il ötür

Martın 18-i Birinci Dünya müharibəsinin ən qanlı hərbi əməliyyatlarından olan Çanaqqala döyüşlərinin anım günüdür. Hər ilin bu günü Türkiyədə “Çanaqqala dəniz zəfəri və 18 Mart - Şəhidləri Anma Günü” kimi yad edilir. Tarixin ağrılı olduğu qədər şərəfli günlərindən olan Çanaqqala Dəniz Zəfərindən 109 il ötür.

YeniAvropa xəbər verir ki, bu döyüşlərdə Osmanlı Ordusu 250 min şəhid versə də, Çanaqqala boğazının keçilməz olduğunu düşmənə göstərdi. Azərbaycan ilə Türkiyə arasındakı qardaşlığın və tarixi bağların rəmzlərindn olan Çanaqqala döyüşlərində şəhid olanlar arasında üç mindən çox azərbaycanlı olub.

Tarixi gün münasibətilə Çanaqqala vilayəti ilə yanaşı Türkiyənin müxtəlif bölgələrində tədbirlər keçiriləcək.

Xatırladaq ki, 1915-ci il martın 18-dən 1916-cı il yanvarın 9-dək davam edən Çanaqqala döyüşləri Osmanlı ilə Antanta dövlətləri arasında baş vermiş dəniz və quru döyüşləridir. İttifaq ölkələri Osmanlı dövlətinin paytaxtı İstanbulu işğal edərək boğazlara nəzarəti ələ keçirmək, Rusiya ilə etibarlı ticarət yolu açmaq, Almaniyanın müttəfiqlərindən birini zəiflətmək məqsədilə ilk hədəf olaraq Çanaqqala boğazına girərək müharibənin taleyini qəti şəkildə həll etməyi planlaşdırırdılar. Lakin türk Ordusunun qəhrəmanlığı düşmənin bu planını puça çıxardı. Bu qanlı döyüşlərdə hər iki tərəf ağır itkilər verib. Antanta dövlətlərinin hərbi dəniz qüvvələrinin Çanaqqala boğazını keçmək cəhdləri 1915-ci il martın 18-də tam məğlubiyyətə uğradı. Bu döyüşlər türk xalqının hərb tarixinə qızıl hərflərlə yazılıb.