logo

UEFA Konfrans Liqası: Püşk son 4 cütlüyü bəlli edib

17:37 15-03-2024 | icon 2863
UEFA Konfrans Liqası: Püşk son 4 cütlüyü bəlli edib

UEFA Konfrans Liqasının dörddəbir final mərhələsinin püşkü atılıb.

YeniAvropa xəbər verir ki, Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən mərasimdə bu mərhələdə üz-üzə gələcək komandalar məlum olub. Türkiyə təmsilçisi “Fənərbağça” bu mərhələdə Yunanıstan komandası “Olimpiakos”la qarşılaşacaq.

 

Püşkün nəticələrini təqdim edirik:

 

1/4 final:

“Brügge” (Belçika) – PAOK (Yunanıstan)

“Olimpiakos” (Yunanıstan) - “Fənərbağça” (Türkiyə)

“Aston Villa” (İngiltərə) - “Lill” (Fransa)

“Viktoriya” (Çexiya) - “Fiorentina” (İtaliya)

Yarımfinal:

“Aston Villa” - “Lill” cütünün qalibi / “Olimpiakos” “Fənərbağça” cütünün qalibi

“Viktoriya” - “Fiorentina” cütünün qalibi / “Brügge” – PAOK cütünün qalibi

Qeyd edək ki, dörddəbir final mərhələsinin oyunları aprelin 11-i və 18-də, yarımfinalın matçları isə mayın 2-də və 9-da keçiriləcək. Final görüşü mayın 29-da Afinadakı “Ayasofiya” stadionunda olacaq.